525.Az

Azərbaycanlı musiqiçi Parisdə konsert verəcək


 

Azərbaycanlı musiqiçi Parisdə konsert verəcək<b style="color:red"></b>

Sentyabrın 8-də gənc və istedadlı bəstəkar Etibar Əsədlinin Parisin “Reservoir” klubunda konserti olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat www.loisiramag.fr  saytında yer alıb. Fransada yaşayan azərbaycanlı bəstəkar və pianoçu Etibar Əsədli 2013-cü ilə qədər Bakıda keçirilmiş caz festivallarında çıxışı və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb.
 
O, həmçinin Fransa, İngiltərə, Türkiyə, İsveç, Gürcüstan, Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib, 48-ci Montrö Caz Festivalının iştirakçısı olub.

 





27.08.2016    çap et  çap et