525.Az

Saatlıda yol tikintisinə 8,6 milyon manat ayrıldı


 

Saatlıda yol tikintisinə 8,6 milyon manat ayrıldı<b style="color:red"></b> Prezident İlham Əliyev Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
APA-nın xəbərinə görə, sərəncama əsasən 51 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,6 milyon (səkkiz milyon altı yüz min) manat ayrılıb.
 





28.08.2016    çap et  çap et