525.Az

Şadlıq evində ölüm hadisəsi


 

Şadlıq evində ölüm hadisəsi<b style="color:red"></b> Bakıda şadlıq evində ölüm hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, şadlıq evlərindən birində məclis zamanı qonaqlardan biri - 1982-ci il təvəllüdlü Heydərov Mais Nəcəf oğlunun vəziyyəti qəflətən pisləşib.
 
Şadlıq evinə dərhal təcili tibbi yardım çağırılıb. M. Heydərov 7 saylı təcili tibbi yardım stansiyasına aparılarkən yolda keçinib.
 
Yaxınlarının bildirdiyinə görə, 31 yaşlı M. Heydərov bir il əvvəl ürəyindən əməliyyat olunub.
 
Ölüm faktı ilə bağlı ekspertiza təyin olunub. Araşdırmalar aparılır
 





07.03.2013    çap et  çap et