525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1831-ci il. İngilis fiziki Maykl Faradey elektromaqnit induksiyasını kəşf edib.

Bununla da indi çox geniş tətbiq sahəsi olan elektrik mühərriki yaradılıb.

1993-cü il. Prezidentə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi keçirilib.

MSK 3 milyon 767 min 928 nəfərin iştirak etdiyi ümumxalq səsverməsində 92,02 faizin Əbülfəz Elçibəyə etimad göstərilməsi əleyhinə səs verdiyini açıqlayıb.
 
2005-ci il. Azərbaycanda İctimai Televiziya yayıma başlayıb.

Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb.
 





29.08.2016    çap et  çap et