525.Az

Siyəzəndə fəhlələr aksiya keçiriblər


 

Siyəzəndə fəhlələr aksiya keçiriblər<b style="color:red"></b> Siyəzən Quşçuluq Fabrikinin 1000-ə yaxın işçisi maaşlarının vaxtında verilməməsinə etiraz olaraq işə çıxmaqdan imtina edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlar bu səhər saatlarında Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısına toplaşaraq etirazlarını bildiriblər.
 
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov onları qəbul edib. İcra başçısı fabrikin əməkdaşlarının problemlərinin qısa müddətdə həll olunacağına söz verəndən sonra aksiya iştirakçıları dağılıblar.
 
Siyəzən Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, aksiya dinc şəkildə keçirilib, qarşıdurma və saxlanılan olmayıb.
 





07.03.2013    çap et  çap et