525.Az

ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirildi


 

ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirildi<b style="color:red"></b> Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin məhkəməyə müraciət etməsinə münasibət bildirib.
 
APA-nın məlumatına görə, N.Məhərrəmli bildirib ki, məhkəmə hansı qərarı çıxaracaqsa, MTRŞ ona uyğun hərəkət edəcək.
 
N. Məhərrəmli bildirib ki, ANS TV-nin tezliyi ilə bağlı məsələyə də məhkəmə qərarından sonra baxıla bilər.
 
ANS TV-nin tezliyinin “Günəş” TV-yə veriləcəyi barədə məlumatlara da münasibət bildirən MTRŞ sədri bu məsələnin gündəmdə olmadığını deyib:

"Hazırda “Günəş” TV öz tezliyində yayımlanır, digər tərəfdən “Günəş” TV regional televiziya kanalıdır.

ANS TV-nin tezliyinin “Günəş” TV-yə aidiyyəti yoxdur. Ancaq məhkəmə qərar verəndən sonra tezlik məsələsinə baxıla bilər”.
 
N. Məhərrəmli yeni televiziya kanalının açılmasının gündəmdə olmadığını da bildirib.
 





31.08.2016    çap et  çap et