525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 2009-cu il. Bakıda Dövlət Bayrağı Meydanı açılıb.

Dövlət Bayrağının dayağının hündürlüyü 162 metrdir, qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.
 
Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
 
1919–cu il. Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib.

Xalq Cümhuriyyətinin parlamenti həmçinin hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul etmişdi.
 
1939-cu il. Almaniya ordusunun Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başlayıb.

2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb olub.

Azərbaycanın 600 mindən çox oğlan və qızı cəbhəyə gedib, onların yarısı müharibədə həlak olub. Faşizm üzərində qələbədə Azərbaycan neftinin rolu böyük olub.
 





01.09.2016    çap et  çap et