525.Az
Rusiyada azərbaycanlı sex rəisi bədbəxt hadisə nəticəsində öldü
Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə azərbaycanlının ölümü ilə nəticələnib.
APA-nın "Life78" saytına istinadən verdiyi məlumata görə, avqustun 31-də Admiralteysk rayonunda yerləşən mebel sexində lövhə 57 yaşlı Azərbaycan əsilli sex rəisinin üstünə düşüb.
Onun döş qəfəsinin ağır zədələrindən öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
01.09.2016
çap et