525.Az

"Avto FM"in adı dəyişir"


 

"Avto FM"in adı dəyişir"<b style="color:red"></b> "Avto FM"-in yayım hüququ bütövlüklə Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində fəaliyyət göstərən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) məxsusdur. "Avto FM" MMC ilə müqaviləyə əsasən yayıma adıçəkilən şirkət çıxırdı. Sentyabr ayının 1-dən bu müqaviləyə xitam verilib. Bu gündən yayım hüququ tamamilə NİİM-ə keçib".
 
Bunu "APA-Economics"ə açıqlamasında BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.
 
Onun sözlərinə görə, tezlik BNA-ya keçib və radionun adı dəyişəcək:

"Ola bilsin ki, yeni mövsümdən proqramların adı və formatı dəyişsin. Ümumiyyətlə, radionun fəaliyyətində ciddi dəyişiklik yoxdur. Bir neçə gün ərzində radioda non-stop rejimdə musiqilər yayımlanacaq, lakin gələn həftədən radio fəaliyyətini tam bərpa edəcək"
 
Qurum rəsmisi əlavə edib ki, radioda çalışan heç bir əməkdaş işdən çıxarılmayıb.
 





01.09.2016    çap et  çap et