525.Az

SOCAR Ukrayna prezidenti yanında Milli İnvestisiya Şurasına üzv olacaq


 

SOCAR Ukrayna prezidenti yanında Milli İnvestisiya Şurasına üzv olacaq<b style="color:red"></b> Ukrayna prezidenti yanında Milli İnvestisiya Şurasının sədri Boris Lojkin bir sıra məşhur xarici investorlara Şuraya üzv olmağı təklif edib.
 
"APA-Economics" Ukrayna mətbuatına istinadən xəbər verir ki, təklif həmçinin SOCAR rəhbərliyinə də ünvanlanıb.
 
"Biz bəzi potensial investorlarla bu məsələni müzakirə etmişik. Artıq Corc Soros, "Unilever" şirkətinin baş icraçı direktoru Pol Polman, o cümlədən SOCAR rəhbərliyi Şuraya üzv olmaq üçün ilkin razılığını verib", - deyə B. Lojkin bildirib.
 
Onun sözlərinə görə, Şura Ukraynada biznes mühitinin inkişafına dəstək olacaq.
 





01.09.2016    çap et  çap et