525.Az

Qrenlandiyada qədim həyat izləri


 

Qrenlandiyada qədim həyat izləri <b style="color:red"></b>

Avstraliyalı paleontoloqlar Qrenlandiya ərazisində qədim həyat izləri aşkar ediblər.

Bu barədə “Nature” jurnalına istinadla RİA Novosti məlumat verib.

Məlumatda tapıntıların yaşının 3,7 milyard ili ötdüyü bildirilir. Alimlərin fikrincə, tapılan daşlaşmış qalıqlar Yer üzündə həyatın mövcudluğunun ən qədim nümunəsidir.

Tədqiqatçılar buz bağlamış və qarla örtülü olan dağlıq ərazidə stromatolit – bir növ evə bənzər süxur laylarında mikrob yığını tapıblar.

Əgər kifayət qədər fakt aşkarlanarsa, onda alimlər ilkin həyat haqqında təsəvvürlərə yenidən baxmalı olacaq.

AzərTAc

 





01.09.2016    çap et  çap et