525.Az

Marvelin yeni komiksinin qəhrəmanı Kanadanın baş naziridir


 

Marvelin yeni komiksinin qəhrəmanı Kanadanın baş naziridir<b style="color:red"></b>

Komiksləri ilə məşhur olan Marvel şirkəti yeni məhsulunu oxuculara təqdim edib.

“Vətəndaş müharibəsi - 2. Tərəf seçmək” komiksinin üz qabığında Kanadanın baş naziri Castin Trüdo boks əlcəklərində və üzərində ölkəsinin simvolu qayınağacı yarpağı olan idman geyimində təsvir edilib.

Qeyd edək ki, məsul vəzifəyə təyin olunmamışdan öncə Trüdo həqiqətən də boksla məşğul olub, barmen, snoubord və banci-campinq üzrə instruktor, aktyor, radioda aparıcı, gecə klubunda mühafizəçi və orta məktəbdə müəllim kimi çalışıb.

Maraqlıdır ki, baş nazirin atası, 1968-1979 və 1980-1984-cü illərdə hökumət başçısı olmuş Pyer Trüdo da 1979-cu ildə Marvel komikslərinin qəhrəmanı olub.

Marvel komikslərinin ən məşhur buraxılışları arasında “Fantastik dördlük”, “Hörümçək-adam”, “Halk”, “Dəmir adam”, “Kapitan Amerika”, “X-adamlar”, “Dedpul” var. Bu komikslər əsasında çəkilmiş bədii filmlər tamaşaçıların böyük rəğbətini qazanmaqla bərabər yaradıcılarına külli miqdarda gəlir gətirib.

 





01.09.2016    çap et  çap et