525.Az

Anadangəlmə gözləri və burnu yoxdur (Video)


 

Anadangəlmə gözləri və burnu yoxdur <b style="color:red">(Video)</b> ABŞ-ın Şİmali Karolina əyalətində gözləri və burnu olmadan dünyaya gələn Cassidy Hooper adlı gənc qıza 15 gün içində yeni üz əməliyyat olunacaq.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qızın başından alınacaq sümük və qığırdaqlarla ona təbii burun düzəldiləcək. Ondan sonra gənc qız anadan olandan ilk dəfə burnundan nəfəs alacaq, qoxuları hiss edəcək. Üzündəki əskikliklərdən başqa sağlamlığında heç bir problemi olmayan Cassidynin üzündə göz və burun deşikləri açmaq üçün 11 yaşından etibarən dəfələrlə əməliyyat aparılıb. Bu prosesin sonu kimi əsas hesab olunan əməliyyat keçiriləcək. Cassidynin göz boşluqlarına qoyulan protez gözlər də dəyişdiriləcək. Heç bir probleminin olduğunu düşünməyən qız özünü xoşbəxt hiss edir.

 





07.03.2013    çap et  çap et