525.Az

Həbsxanaya ayaqqabısının dabanında telefon keçirməyə cəhd etdi


 

Həbsxanaya ayaqqabısının dabanında telefon keçirməyə cəhd etdi<b style="color:red"></b> Bakıda 8 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirlyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmətin və 8 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Martın 7-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 177.3.1; 177.3.2; 181.2.1; 181.2.2; 181.2.3; 181.2.4; 181.2.5; 181.3.1 maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Seymur İsmayıl oğlu Yusifovun yanına qisamüddətli görüşə gəlmiş vətəndaş Rasim Söhbət oğlu Məmmədovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin döş cibindən 2 (iki) ədəd "Sim" kart, ayaqqabısının daban hissəsində gizlədilmiş gizli saxlanc yerindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı, 2 (iki) ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısı və 1 (bir) ədəd mobil telefon üçün "Jabra" markalı qulaqcıq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.
 





07.03.2013    çap et  çap et