525.Az

Pakistan yeni qırıcı təyyarəsini Bakıda təqdim edəcək


 

Pakistan yeni qırıcı təyyarəsini Bakıda təqdim edəcək<b style="color:red"></b>

Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hüseyn Azərbaycana səfər etməyi planlaşdırır.

"Report" hərbi sahədəki məlumatlı mənbələrə istinadən xəbər verir ki, nazir Bakıya sentyabrın 27-30 keçiriləcək II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisində (ADEX 2016) iştirak etmək üçün gələcək.

Məlumata görə, Bakıdakı sərgidə Pakistan əsas yeni məhsulunu - Çinlə birgə istehsal olunmuş "JF-17 Thunder" qırıcı təyyarəsini təqdim edəcək.

 





02.09.2016    çap et  çap et