525.Az

Meydana girən azarkeş Messinin ayağından öpdü - Video


 

Meydana girən azarkeş Messinin ayağından öpdü - <b style="color:red">Video</b>

Argentina və Uruqvay yığmaları arasında keçirilmiş futbol üzrə dünya çempionatının seçmə matçı zamanı meydana azarkeş girib.

"Report"un məlumatına görə, gənc fanat meydan sahiblərinin kapitanı Lionel Messiyə tərəf qaçaraq, onun ayağından öpüb.

Həmin vaxt Argentina öndə olub - 1:0. Öz növbəsində Messi də azarkeşlə qucaqlaşdıqdan sonra stadionun təhlükəsizlik xidməti əməkdaşları kənar şəxsi çölə çıxarıb.

Qeyd edək ki, görüş elə bu hesabla yekunlaşıb. Yeganə qolu L.Messi vurub.

 





02.09.2016    çap et  çap et