525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1993-cü il. Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olması barədə qərar qəbul edilib.

Azərbaycanın bu quruma üzvlüyü sentyabrın 24-də MDB-nin Moskva sammitində rəsmiləşib.
 
2008–ci il. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni Bakıya səfər edib.

Bu, ABŞ-Azərbaycan münasibətləri tarixində Vaşinqtondan Bakıya ilk belə yüksək səviyyəli səfər idi.

Azərbaycan prezidenti İlham Əliyevin ABŞ vitse-prezidenti ilə görüşündə regionda vəziyyət, iki ölkənin enerji təhlükəsizlik sahəsində və beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığı müzakirə edilib.
 
1951–ci il. Xalq artisti, Dövlət mükafatı laureatı, tanınmış aktyor Yaşar Nurinin doğum günü (1951-2012).

Səhnəyə ilk dəfə on bir yaşında çıxıb.

Teatr aktyoru kimi tanınan sənətkar əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib.

Yaratdığı rəngarəng və bənzərsiz obrazlarla əbədi tamaşaçı sevgisi qazanıb.
 

1869-cu il. Avstriya kimyaçı alimi, həkim, Nobel mükafatı laureatı Frits Preql anadan olub (1869-1930).

1923-cü ildə üzvi maddələrin mikroanalizi metodunu kəşfinə və görə Nobel mükafatına layiq görülüb.

Onun laboratoriyası dünya üzvi mikroanaliz mərkəzinə çevrilib.

Ölümündən əvvəl Vyana Elmlər Akademiyasında mikrokimya sahəsində nailiyyətlər üçün mükafat təsis olunmasına dair böyük miqdarda vəsait ayırıb.
 





03.09.2016    çap et  çap et