525.Az

Təhsil Nazirliyi 156 tələbəni xüsusi yataqxana ilə təmin edəcək


 

Təhsil Nazirliyi 156 tələbəni xüsusi yataqxana ilə təmin edəcək<b style="color:red"></b> Yeni tədris ilindən Azərbaycanda 156 tələbə Təhsil Nazirliyi tərəfindən xüsusi yataqxana ilə təmin olunacaq.
 
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, onlar 2016/2017-ci tədris ilindən SABAH qruplarına qəbul olunmuş və SABAH yataqxanası ilə təmin olunmuş tələbələrdir.
 
Sabah yataqxanası ilə təmin olunan 156 nəfərdən 29-u Azərbaycan Dövlət İqtisad Universiteti, 34-ü Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 44-ü Bakı Dövlət Universiteti, 9-u Azərbaycan Dövlət Pedaqoji Universiteti, 14-ü Azərbaycan Dillər Universiteti, 16-sı Azərbaycan Texniki Universiteti, 6-sı Azərbaycan Memarlıq və İnşaat Universiteti, 2-si Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, 1-i Bakı Slavyan Universiteti, 1-i isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir.
 
Tələbələr yataqxanada pulsuz yaşayış və gündə 3 dəfə qidalanma ilə təmin olunurlar.
 
Yataqxanaya yerləşmə vaxtı haqqında məlumat yaxın günlərdə sabah.edu.az saytında vəfacebook.com/sabah.edu.gov.az/"> facebook səhifəsində yerləşdiriləcək.
 
Yataqxana Bakı şəhəri,Yasamal rayonu İ. Zülalov küç. 30 ünvanında yerləşir.
 





03.09.2016    çap et  çap et