525.Az

Gəncədə 15 yaşlı qız özünü yandırdı


 

Gəncədə 15 yaşlı qız özünü yandırdı<b style="color:red"></b>

Gəncədə özünü yandıran 15 yaşlı qızın səhhəti ağırlaşıb. Onun Gəncədə müalicəsi olmadığına görə, Bakıya aparılıb. Bunu APA-ya Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının növbətçi həkimi Mehman Hüseynov deyib.
 
Onun sözlərinə görə, yanıq xəsarətləri çox olduğuna görə, Gəncədə zərərçəkmişi müalicə etmək mümkün olmayıb.
 
Gəncə şəhəri Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, martın 7-də Gəncədə anadan olmuş, 1998-ci il təvəlüdlü, Nizami rayonunun Gülüstan qəsəbəsi ərazisində, AKTA-nın 6 saylı yataqxanasında məskunlaşmış Kərimova Almaz Şamil qızı özünə od vuraraq yanıq xəsarətləri alıb.
 
Hadisə zamanı yeniyetmə qızın boyun nahiyəsi, eləcə də sağ və sol əli yanıb. Almaz Kərimova 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
 
Hadisənin torpaq mübahisəsi zəminində baş verdiyi bilidirilir. Mübahisə isə məcburi köçkünlərin onlara məxsus olduğunu iddia edən torpaq sahəsinin məhkəmə qərarı əsasında polis əməkdaşları tərəfindən boşaldılarkən yaranıb. Ailə polisin hərəkətinə müqavimət göstərib. Bu zaman torpaq sahənin boşaldılmasına etiraz əlaməti olaraq 15 yaşlı qız üzərinə neft törərək özünü yandırmağa cəhd göstərib.
 
Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Almaz Kərimovanın ailəsi Kəlbəcər rayonundan olan məcburi köçkündür.
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
 

 





08.03.2013    çap et  çap et