525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 5 sentyabr Beynəlxalq Xeyriyyəçilik Günüdür.

Bu gün 2012-ci ildə BMT Baş Məclisi tərəfindən təsis edilib. Əsas məqsəd müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanlar arasında dialoqu, qarşılıqlı anlaşmanı, xeyirxahlığı təşviq etmək və digər bu kimi məqsədləri həyata keçirmək üçün xeyriyyə təşkilatlarına, ayrı-ayrı şəxslərə bir platforma yaratmaq olub.
 
1885-ci il. Dünyada ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarında benzin nasosu quraşdırılıb.

Həmin vaxt hələ avtomobil istehsal edilmədiyindən nasos lampaların və sobaların yanacaqla təchizatı üçün istifadə edilirdi.

Avtomobilin istehsalından sonra isə nasos daha da təkmilləşdirildi.
 
1905-ci il. Rusiya ilə Yaponiya arasında Koreya və Mancuriya üzərində nəzarət üstündə baş verən müharibə Portsmut sülh müqaviləsinin imzalanması ilə başa çatıb.

Müharibədə Yaponiya tərəfi qalib gəlib.

1935-ci il. Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Siyavuş Aslanın doğum günü (1935-2013).

S.Aslan üçün oynaya bilməyəcəyi rol yox idi.

O, "Hamlet", "Böyük Romul", "Ax, Paris, Paris", "Mənim sevimli dəlim", "Hicran" , "Poçt şöbəsində xəyal", "Varlı qadın", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz" tamaşalarında, "Ulduz", "Bəyin oğurlanması", "Yol əhvalatı" filmlərində, "Yaşıl eynəkli adam, "Qaynana əməliyyatı" və s. teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazanıb.

Görkəmli aktyor bir çox mükafat və fəxri adlar alıb, Azərbaycan Respublikasının ali dövlət təltifləri olan "Şərəf", "Şöhrət" ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.
 





05.09.2016    çap et  çap et