525.Az

Asteroidə Freddi Merkürinin adı verildi


 

Asteroidə Freddi Merkürinin adı verildi<b style="color:red"></b>

Bu gün Britaniyanın Queen qrupunun vokalisti Freddi Merkürinin anadan olmasının 70 ili tamam olur.

AzərTAc “telegraph.co.uk” saytına istinadla xəbər verir ki, bu əlamətdar günün şərəfinə Beynəlxalq Astronomiya İttifaqının kiçik planetlər mərkəzi müğənninin vəfat etdiyi ildə (1991-ci il) kəşf edilmiş 17473 saylı asteroidə Merkürinin adını verib.
 
Fəza cismi Mars və Yupiter planetləri arasında yerləşən asteroidlər kəmərindədir.

Məlumata görə, İttifaq Freddi Merkürinin unikal səsi və geniş vokal diapazonuna malik olduğu üçün asteroidə onun adını vermək qərarına gəlib.

Eyni zamanda, təşkilat Merkürinin bütün zamanların ən görkəmli rok ifaçılarından biri olduğunu vurğulayıb.

 





05.09.2016    çap et  çap et