525.Az

Gürcüstanın baş naziri Ermənistandadır


 

Gürcüstanın baş naziri Ermənistandadır<b style="color:red"></b> Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Ermənistana rəsmi səfərə gedib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş naziri Zvartnots beynəlxalq hava limanında erməni həmkarı Ovik Abramyan qarşılayıb.
 
G. Kvirikaşvili səfər çərçivəsində O. Abramyan və Ermənistan prezidenti Serj Sarkisyanla rəsmi görüşlər keçirəcək. Gürcüstan nümayəndə heyətinin tərkibinə baş nazirin müavini, energetika naziri Kaxa Kaladze və xarici işlər nazirinin müavini David Dondua daxildir.
 
Qeyd edək ki, bu yaxınlarda S. Sarkisyanın Abxaziya separatçı rejiminin nümayəndə heyəti ilə görüş keçirdiyi barədə xəbərlər yayılıb.
 





05.09.2016    çap et  çap et