525.Az

Qazaxıstanda 11 sentyabr hadisəsinə bənzər terror aktının qarşısı alındı


 

Qazaxıstanda 11 sentyabr hadisəsinə bənzər terror aktının qarşısı alındı<b style="color:red"></b> Qazaxıstanın xüsusi xidmət orqanları təyyarədən istifadə etməklə, ABŞ-da 2001-ci ilin 11 sentyabrında törədilən terror aktına bənzər hadisəni törətmək cəhdinin qarşısı alınıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsindən məlumat veriblər.
 
Bildirilir ki, Almatı regionunda terror törətmək məqsədi ilə təyyarə qaçırmağa cəhd edən ekstremistlər saxlanılıb.
 
Onlar Taldı-Kurqan şəhərindəki aerodromda olan təyyarəni qaçırmağa cəhd göstəriblər. 5 şübhəli şəxs fevral ayında Almatıda saxlanılıb, onlar terror fəaliyyətində ittiham olunublar.
 
Həmçinin məlum olub ki, Moskvada planlaşdırılan silahlı hücumların qarşısı da alınıb. Bildirilir ki, Moskvada terror aktını Mərkəzi Asiyadan olan 4 şəxs planlaşdırıb. Onlar Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ekstremistlərin Qələbə günü Moskvada terror aktı törətməyi planlaşdırdığı deyilir.
 





05.09.2016    çap et  çap et