525.Az

Rusiyanın Ermənistandakı səfirliyinin ərazisində meyit tapıldı


 

Rusiyanın Ermənistandakı səfirliyinin ərazisində meyit tapıldı<b style="color:red"></b> Ötən gün Rusiyanın Ermənistandakı səfirliyinin ərazisində kişi meyiti tapılıb.
 
APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan polisi xəbər verib.
 
Bildirilir ki, ölən şəxs 52 yaşlı Rusiya vətəndaşı Andrey Smirnovdur.
 
O, müvəqqəti olaraq səfirlik ərazisində yaşayıb.

Məhkəmə tibbi ekspertizanın ilkin rəyinə əsasən, meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
 





05.09.2016    çap et  çap et