525.Az

Əkrəm Əylisli prokurorluğa çağırıldı


 

Əkrəm Əylisli prokurorluğa çağırıldı<b style="color:red"></b> Yazıçı Əkrəm Əylisli Bakı şəhər Prokurorluğuna çağırılıb.
 
Vəkil Elçin Sadıqov APA-ya açıqlamasında sentyabrın 6-da prokurorluğa dəvət olunduqlarını bildirib.
 
Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev beynəlxalq hava limanında saxlanılıb, sonra isə sərbəst buraxılıb. Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib.

Yazıçıya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi sonradan Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib.

Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
 





05.09.2016    çap et  çap et