525.Az

Bakıda maşın dərəyə düşdü: 2 ölü


 

Bakıda maşın dərəyə düşdü: <b style="color:red">2 ölü</b>

Bu gecə Bakının Nizami rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata “Toyota” markalı minik avtomobili yolun təmir-tikinti işləri aparılan hissəsində qazılmış dərəyə düşüb.

Nəticədə avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri, Xüsusi Riskli Xilasetmə Xitmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində yanğınsöndürənlər baş vermiş yanğının söndürülməsini başa çatdırdıqdan sonra xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxslərin - şəxsiyyəti məlum olmayan sürücünün və 1 nəfər sərnişinin meyitlərini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:02-də başa çatıb.

 





11.03.2013    çap et  çap et