525.Az

Diplomatik qalmaqaldan sonra Britaniya İrana yeni səfir təyin etdi


 

Diplomatik qalmaqaldan sonra Britaniya İrana yeni səfir təyin etdi<b style="color:red"></b>

Böyük Britaniya İran İslam Respublikasına yeni səfir təyin edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yeni səfir Nikolas Hoptonun etimadnaməsinin surətini qəbul edib.

İRNA-nın məlumatına görə, söhbət zamanı tərəflər münasibətlərin yenidən yaxınlaşmasında və əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildiriblər.

Xatırladaq ki, 5 il əvvəl İrana qarşı ağır iqtisadi sanksiyaların qəbul edilməsi ilə əlaqədar olaraq Böyük Britaniyanın Tehrandakı səfirliyi hücuma məruz qalmışdı. Səfirliyin əməkdaşları isə təcili İranı tərk etmişdilər.

Rəsmi Londonun təşəbbüsü ilə Avropa ölkələri tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar bu ilin əvvəlində aradan qaldırılıb.

Qeyd edək ki, İran da Böyük Britaniyaya yeni səfir təyin edib.

AzərTAc

 





06.09.2016    çap et  çap et