525.Az

"Kalaşnikov" yeni snayper tüfənglərini nümayiş etdirdi


 

"Kalaşnikov" yeni snayper tüfənglərini nümayiş etdirdi<b style="color:red"></b> Rusiyanın dünya şöhrətli "Kalaşnikov" avtomat silahlarının istehsalçısı olan "Kalaşnikov" konserni Moskva vilayətində keçirilən "Ordu-2016" Forumunda ilk dəfə olaraq yeni nəsil snayper tüfənglərini - SVK (CBK) və VSV-338 (BCB-338) silahlarını nümayiş etdirib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya xüsusi təyinatlılarının snayperlərinin arzusu nəzərə alınaraq işlənib hazırlanan kompakt özüdoldurulan snayper tüfəngi SVK iki cür patron atır. Bu tüfəng həm yerli istehsal olan 7.62×54R gülləsi ilə, həm də dünyada ən çox yayılan tüfəng patronu olan 7.62×51 НАТО patronu ilə işləyir.
 
Hal-hazırda snayper tüfənginin prototipləri zavod yoxlanışından keçirilir. Perspektivdə SVK snayper tüfəngi model xəttində olan SVD-ni əvəz etməlidir.
 
VSV-338 snayper tüfəngi isə “338 Lapua Magnum” patronu işlədir. Bu tüfəng ordu və polis snayperlərinin hər cür hava şəraitində 1,5 kilometrə qədər uzaqlıqda istifadəsi üçün nəzərdə tutulub.
 





06.09.2016    çap et  çap et