525.Az
Bakıda hərbi tibb xidməti üzrə ekspertlərin görüşü keçirildi
Azərbaycan Müdafiə Nazirliyi ilə Almaniya Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən sentyabrın 6-da Bakı şəhərində tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev, Almaniya Müdafiə Nazirliyi Çevik Tibb Əməliyyat mərkəzinin nümayəndələri Ronni Mixael və Mikael Zann iştirak ediblər.
İki gün davam edəcək tədbirdə hərbi tibb mütəxəssisləri "Tibb bölmələri əməliyyatlarda" mövzusunda müzakirələr aparacaq, təcrübə və fikir mübadiləsi keçirəcəklər.
Səfər zamanı qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkərək bölmə və şöbələrdə yaradılmış şəraitlə, eləcə də müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpusları ilə tanış olacaqlar.
06.09.2016
çap et