525.Az

Natiq Cəfərli ev dustaqlığına buraxılmadı


 

Natiq Cəfərli ev dustaqlığına buraxılmadı<b style="color:red"></b>

Bu gün Nəsimi rayon Məhkəməsində REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərlinin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.
 
Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadlı bildirib ki, məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

 





06.09.2016    çap et  çap et