525.Az

Roma Papası Azərbaycana “Hamımız qardaşıq” şüarı altında gələcək


 

Roma Papası Azərbaycana “Hamımız qardaşıq” şüarı altında gələcək<b style="color:red"></b> Roma Papasının Azərbaycana planlaşdırılmış səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək.
 
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
 
Məlumata görə, Roma Papası Fransisk Qafqaza sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək ikinci apostol səfəri çərçivəsində Gürcüstan və Azərbaycana gələcək.  
 
““Hamımız qardaşıq” şüarı “Matfeydən İncil”də yer almış kəlamlardan (23,8) və roma-katolik kilsəsinin “bütün insanlar vahid ailənin bir hissəsidir, qardaşlığa və dostluğa şağrılırlar”    təlimindən ilhamlanıb”, - deyə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
 
Məlumatda həmçinin qeyd olunur ki, səfərin loqotipi şüarın mahiyyətini əks etdirir.
 
Qeyd edək ki, planlaşdırılan səfər hazırkı papanın sayca 16-cı xarici səfəridir. Səfərin proqramına əsasən, Fransisk sentyabrın 30-da Tiflisə, oktyabrın 2-də isə Azərbaycana səfər edəcək. Roma Papası bu ilin iyununda İrəvana səfər etmişdi.
 





07.09.2016    çap et  çap et