525.Az

Meksikada cinayətkarlar polis helikopterini vurub


 

Meksikada cinayətkarlar polis helikopterini vurub<b style="color:red"></b> Meksikanın Miçoakan ştatında polis əməliyyatı zamanı cinayətkarlar helikopteri vurub, nəticədə dörd nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Silvano Aureolesa bildirib.   
 
Onun sözlərinə görə, helikopter kriminal qruplaşmaların liderlərinin saxlanılması üzrə əməliyyatda iştirak edib. İnsident nəticəsində 3 polis əməkdaşı və 1 pilot həlak olub.
 
İnsidentin digər təfərrüatları açıqlanmır.
 





07.09.2016    çap et  çap et