525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1776-cı il. Tarixdə ilk dəfə sualtı gəmi hücumu həyata keçirilib.

Amerikalıların hazırladığı “Tısbağa” (Turtle) adlı sualtı qayıq Nyu-York limanında lövbər salmış ingilis donanmasının flaqman gəmisi “HMSEagle”in altına vaxtla işləyən bomba yerləşdirib. Lakin hücum uğursuzluqla nəticələnib.

1812-ci il. Rusiyaya hücum edən Fransa imperatoru I Napoleonun ordusu ilə general Mixail Kutuzovun başçılıq etdiyi rus ordusu arasında Moskva yaxınlığındakı Borodino kəndində XIX əsrin ən qanlı döyüşlərindən biri baş verib.

Borodino döyüşü ən qanlı birgünlük döyüşlərdən biri kimi tarixə düşüb.

Ümumilikdə 250 mindən çox əsgərin iştirak etdiyi döyüşdə 90 minə yaxın insan həlak olub.

Döyüş nəticəsində hər iki tərəf öz istəyinə çata bilməyib.

Belə ki, I Napoleon rus ordusunu darmadağın edə bilməyib. Ruslar isə fransızların Moskvanı ələ keçirməsinə mane ola bilməyiblər.
 
1896-cı il. Alman cərrah Lüdviq Rehn 22 yaşlı bağban Vilhelm Yustus üzərində tarixdə ilk uğurlu ürək əməliyyatını həyata keçirib.
 
1977-ci il. ABŞ Prezidenti Cimmi Karter və Panamanın hərbi rəhbəri Omar Torrixos Panama kanalının 2000-ci ildə Panamanın tabeliyinə verilməsi ilə bağlı müqavilə imzalayıblar.

2011-ci il. Rusiyanın Yaroslavl şəhərini təmsil edən “Lokomotiv” xokkey komandasının üzvlərini daşıyan “Yak-42” təyyarəsi havaya qalxdıqdan bir az sonra qəzaya uğrayaraq Volqa çayına düşüb.

Göyərtədə olan 45 nəfərdən 44-ü həlak olub. Qəzadan sadəcə təyyarə mühəndisi Aleksandr Sizov sağ qurtulub.

 





07.09.2016    çap et  çap et