525.Az

Ermənistan baş naziri postunu tərk edə bilər


 

Ermənistan baş naziri postunu tərk edə bilər<b style="color:red"></b> Ermənistanın baş naziri Ovik Abraamyan öz postunu tərk edə bilər.
 
APA-nın xəbərinə görə, bu barədə “İnterfax”a məlumat verən mənbə bildirib ki, yeni istefalar və təyinatların olacağı da gözlənilir. Mənbə baş verən dəyişikliklərin səbəbini açıqlamayıb.
 
Xatırladaq ki, Ermənistanın bəzi agentliklərində də ölkənin yeni baş nazirinin İrəvanın keçmiş meri, “Qaprombank”ın prezidentinin birinci müavini Karen Karapetyanın ola biləcəyi barədə məlumat yer alıb.

Qeyd edək ki, Ovik Abraamyan 2014-cü ilin aprelindən bu vəzifəni icra edir.
 





07.09.2016    çap et  çap et