525.Az
Azərbaycanda sərnişin avtobusu qəza törətdi: məktəbli öldü
Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yolun 70-ci kilometrliyində “Ford Tranzit” markalı sərnişin avtobusu piyada 1997-ci il təvəllüdlü Ramazan Qasımovu vurub.
Ağır bədən xəsarətləri alan məktəbli oğlan xəstəxanaya aparılarkən keçinib.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.
11.03.2013
çap et