525.Az

Böyük Britaniya səfiri BDU-da


 

Böyük Britaniya səfiri BDU-da <b style="color:red"></b> Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroftsu və British Council Azərbaycanın direktoru Elizabet Vayt Bakı Dövlət Universitetində olub.
 
BDU-dan 525.az-a verilən məlumata görə, rektor Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək son illər BDU-nun beynəlxalq əlaqələr istiqamətində əldə etdiyi uğurlardan,  o cümlədən  xarici  universitetlərlə qarşılıqlı əməkdaşlıqdan bəhs edib.
 
Səfir, öz növbəsində, BDU ilə işbirliyindən danışaraq əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb. 
 
E.Vayt artıq bir neçə ildir ki, universitetlə səmərəli əməkdaşlıq qurulduğunu, bu əlaqələrin bir neçə sahəni əhatə etdiyini bildirib.

Görüş zamanı əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb və təlimçilər üçün inkişaf proqramı, akademik mükəmməllik üzrə tədris kursu, tədris biliklərinin yoxlanılması testi kimi məsələlər müzakirə edilib.

Cavid QƏDİR
 





07.09.2016    çap et  çap et