525.Az

Doktorantlara təhsil kreditləri veriləcək


 

Doktorantlara təhsil kreditləri veriləcək<b style="color:red"></b> Azərbaycanda doktoranturada təhsil alanlara təhsil kreditləri veriləcək.
 
APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, doktoranturanı bitirənlər həmin kreditləri 10 ildən sonra ödəyəcəklər.
 
Onun sözlərinə görə, artıq bu ildən Təhsil Nazirliyi bakalavrlara təhsil kreditlərinin verilməsinə başlayıb, növbəti ildən bu, doktorantura üzrə də təşkil ediləcək:

"Təhsil krediti ilə doktoraturada təhsil alan bakalavrın bütün yaşayış minimumu - yataqxana, kirayə xərclər ödəniləcək. Təhsil Nazirliyi müəyyən edib ki, 1 tələbənin 4 il ərzində təhsil xərcini ödəmək üçün 20 min ABŞ dolları, doktorantura üzrə xərcləri isə 25-30 min dollar olacaq. Bu vaxta kimi doktorantura 90%-i ödənişsiz əsaslarla təşkil edilir. Ödənişli təhsil alan doktorantlara kreditlərin verilməsi onların təhsilinə müsbət təsir göstərəcək”.
 





07.09.2016    çap et  çap et