525.Az
Rüfət Səfərova 10 il həbs istəndi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarsında davam etdirilib.
Bu barədə APA-ya vəkil Bəhruz Bayramov məlumat verib.
O bildirib ki, prosesdə prokuror çıxış edərək məhkəmədən R. Səfərova 10 il həbs cəzası verilməsini istəyib.
Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək. R. Səfərov sabah son söz deyəcək.
07.09.2016
çap et