525.Az

Lavrovla Kerri arasında növbəti görüş sentyabrın 9-da keçirilə bilər


 

Lavrovla Kerri arasında növbəti görüş sentyabrın 9-da keçirilə bilər<b style="color:red"></b> Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında Suriya böhranı ilə əlaqədar növbəti görüş sentyabrın 9-da keçirilə bilər.
 
APA-nın məlumatına görə, bu barədə xəbər AP agentliyinə diplomatik mənbələrdən verilib.
 
Bundan əvvəl ABŞ Dövlət Departamentin nümayəndəsi Mark Toner Cenevrədə Kerri ilə Lavrov arasında görüşün keçirilməsinə dair məlumatları təsdiqləməyib.
 
Sentyabrın 7-də  Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. 45 dəqiqə davam edən danışıq zamanı əsas müzakirə mövzusu Suriya münaqişəsi olub.
 
Görüşlə əlaqədar məlumat yayan Rusiya XİN-i yaxın günlərdə Cenevrədə Lavrovla Kerri arasında növbəti görüşün baş tutacağını bildirib.
 





08.09.2016    çap et  çap et