525.Az

Məmmədyarov: “Nəticəyönümlü danışıqların tərəfdarıdır”


 

Məmmədyarov: “Nəticəyönümlü danışıqların tərəfdarıdır” <b style="color:red"></b> Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Avropa Məsələləri üzrə dövlət naziri Harlem Desirlə görüşüb.
 
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin mövcud vəziyyəti barəsində ətraflı fikir mübadiləsi aparılıb.
 
Tərəflər münaqişənin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin daha da sürətləndirilməsinin vacibliyini qeyd ediblər.
 
E. Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın daim substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.
 
Görüşdə həmçinin Azərbaycanla Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunub.
 





08.09.2016    çap et  çap et