525.Az

İlham Əliyev Yalama kəndində Heydər Əliyev adına parkla tanış oldu


 

İlham Əliyev Yalama kəndində Heydər Əliyev adına parkla tanış oldu<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub.
 
APA-nın məlumatına görə, məlumat verilib ki, Yalama kəndindəki Heydər Əliyev adına parkın ümumi sahəsi bir hektardır.

Parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama kənd filialı da fəaliyyət göstərir. Ümumi sahəsi 120 kvadratmetr olan mərkəzin binasının qarşısında Heydər Əliyevin büstü ucaldılıb.
 
Prezident İlham Əliyev büstün önünə gül dəstəsi qoyub.
 
Sonra dövlət başçısı burada ləzgi icmasının nümayəndələri ilə söhbət edib.
 





08.09.2016    çap et  çap et