525.Az

Abel Məhərrəmov Rəsul Çunayevlə görüşdü


 

Abel Məhərrəmov Rəsul Çunayevlə görüşdü<b style="color:red"></b> Bakı Dövlət Universitetsinin rektoru Abel Məhərrəmov Avropa, dünya çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayevi qəbul edib.

Rektor Rəsul Çunayevi Rio-2016 Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil edərək bürünc medala layiq görülməsi münasibətilə təbrik edib.

Bildirib ki, Rəsul Çunayev dəfələrlə Azərbaycan bayrağını zirvələrə qaldırıb, bir çox mötəbər yarışlarda, o cümlədən, tələbələrin Universiadasında, Avropa oyunlarında, ötən il keçirilən Dünya Çempionatında birincilik əldə edib.

Bütün bunları təqdirəlayiq hal hesab edən rektor gələcəkdə qatılacağı beynəlxalq yarışlarda daha böyük uğurlara imza atmasını arzulayıb.

R.Çunayev, öz növbəsində, rektora göstərdiyi diqqətə, o cümlədən BDU-da təhsil alan gənc idmançılara qayğısına görə təşəkkür edib.

Görüşün sonunda rektor idmançımıza hədiyyə təqdim edib, xatirə şəkli çəkdirilib.

Cavid QƏDİR
 





08.09.2016    çap et  çap et