525.Az

Qiyas İbrahimovun həbs müddəti uzadıldı


 

Qiyas İbrahimovun həbs müddəti uzadıldı<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
APA-nın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbs müddətinin sentyabrın 10-da bitəcəyini deyərək, bu müddətin uzadılması ilə bağlı vəsatət qaldırıb.
 
Vəkil Elçin Sadıqov isə Q. İbrahimovun ev dustaqlığına buraxılmasını istəyib.
 
Məhkəmə Q. İbrahimovun həbs qətimkan tədbirinin müddətini qeyri-müəyyən müddətədək uzadıb. Ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti isə təmin etməyib.
 
Proses sentyabrın 20-də davam etdiriləcək.
 
Qeyd edək ki, Qiyas İbrahimov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 





08.09.2016    çap et  çap et