525.Az

Smartfonlar sürücülük vəsiqəsini əvəz edəcək


 

Smartfonlar sürücülük vəsiqəsini əvəz edəcək<b style="color:red"></b>

Hindistanda sürücülük vəsiqəsinin surətini “DigiLocker” adlı mobil proqrama yükləməyə icazə verilib. Beləliklə, sürücülər sənədlərin kağız versiyasını öz üzərində daşımalı olmayacaq, sadəcə, smartfonu yol patrul xidməti əməkdaşlarına göstərmək kifayət edəcək.

AzərTAc “therunet.com” saytına istinadən xəbər verir ki, sürücülər bu gündən etibarən sürücülük vəsiqəsinin rəqəmli versiyasından istifadə edə biləcək.
 
Mobil proqramda qeydiyyatdan keçmək üçün telefon nömrəsini daxil etmək lazımdır. "Sürücülük vəsiqəsi rəqəmli versiyaya keçir", deyə hindistanlı siyasətçi Ravi Şankar Prasad öz “Twitter” bloqunda yazıb.

“DigiLocker” mobil proqramı ötən il yaradılıb. Saxlanc xidmətində diplom və şəxsiyyəti təsdiq edən başqa rəsmi sənədləri yerləşdirmək mümkündür.

 





08.09.2016    çap et  çap et