525.Az

“Qeyri-neft sektorunun inkişafı diqqətdə saxlanılacaq”


 

“Qeyri-neft sektorunun inkişafı diqqətdə saxlanılacaq”<b style="color:red"></b> “İri fermer təsərrüfatlarının yaradılması əhəmiyyətlidir. Xaçmazda qurulan kompleks yeni iş yerlərinin yaradılması, ölkəmizin iqtisadi inkişafı baxımından mühüm addımdır”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışından sonra rayon ictimaiyyət nümayəndələri ilə görüşündə söyləyib.
 
Dövlət başçısı deyib ki, bu cür müəssisələrin yaradılması ölkəmizin ixrac potensialının gücləndirilməsi baxımından da əhəmiyyətlidir: “Bundan sonra da qeyri-neft sektorunun inkişafı diqqətdə saxlanılacaq”.
 
Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz dinlərarası və millətlərarası münasibətlərin sağlam qurulması baxımından dünyada diqqət çəkir: “Azərbaycan nümunəvi ölkədir”.
 





08.09.2016    çap et  çap et