525.Az

Heydər Əliyev haqqında film 2017-ci ildə prokata çıxacaq


 

Heydər Əliyev haqqında film 2017-ci ildə prokata çıxacaq<b style="color:red"></b> Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin həyatı haqqında film 2017-ci ildə prokata çıxacaq.
 
APA-nın məlumatına görə, bu barədə filmin prodüseri İqor Lopatenok "RİA Novosti"yə müsahibəsində deyib. O, filmin Torokto kino bazarında tanıdılmasına başlanacağını bildirib:
 
“Heydər Əliyev çox maraqlı taleyi olmuş bir insandır. Çəkilişlər artıq bitib. Hazırda filmin montajı yekunlaşmaq üzrədir. Film 2017-ci ildə prokata buraxılacaq”.
 
Prodüserin sözlərinə görə, tammetrajlı filmlə yanaşı, 8 seriyalı telefilm də çəkiləcək. İ. Lopatenok filmdə baş rolun ifaçısının adını açıqlamaqdan imtina edib.
 





08.09.2016    çap et  çap et