525.Az

Prezident Şimali Koreya liderini təbrik etdi


 

Prezident Şimali Koreya liderini təbrik etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Inı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcək. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.
 





08.09.2016    çap et  çap et