525.Az

İran universitetində Azərbaycan dili və ədəbiyyatı fakültəsi açılacaq


 

İran universitetində Azərbaycan dili və ədəbiyyatı fakültəsi açılacaq<b style="color:red"></b>

Gələn təhsil ilində İranın Azərbaycan vilayətindəki universitetlərin birində Azərbaycan dili və ədəbiyyatı fakültəsi açılacaq.

Bu barədə məlumat verən İranın təhsil nazirinin müavini Müştəba Şəriətian bildirib ki, İranda yaşayan xalqların hüquqları və milli dillərində təhsil almaq haqları dövlət tərəfindən təmin edilir.

Keçən il Kürdüstan vilayətindəki universitetdə kürd dili və ədəbiyyatı fakültəsi açılıb.

Gələn tədris ilində isə Azərbaycan vilayətindəki universitetlərin birində Azərbaycan dili və ədəbiyyatı fakültəsi açılacaq.

Nazir müavini onu da əlavə edib ki, fakültənin açılması üçün işlər davam edir. Elə bir proqram hazırlanacaq ki, fakültəni bitirən məzunlar işlə də təmin olsunlar.

AzərTAc

 





09.09.2016    çap et  çap et