525.Az

Təhsil kreditlərinin tətbiqi nəzərdə tutulur


 

Təhsil kreditlərinin tətbiqi nəzərdə tutulur<b style="color:red"></b> Azərbaycanda bu ilin sonuna kimi ödənişli ixtisaslarla təhsil alan vətəndaşlar üçün dövlət tərəfindən təhsil kreditlərinin tətbiq olunması məsələsinin həlli gözlənilir.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib.

O bildirib ki, bu məsələ ya “Təhsil haqqında” qanuna əlavələr formasında, yaxud da təhsil kreditləri ilə bağlı ayrıca qanun şəklində gerçəkləşəcək:
 
“Bu gün təhsil kreditlərinin tətbiqi üçün zəruri ehtiyac var və bunun üçün Maliyyə Nazirliyi tərəfindən müəyyən işlər də görülüb. Ona görə də biz bu işi gecikdirməməyi düşünürük”.
 





09.09.2016    çap et  çap et