525.Az

Payız səyahətləri üçün məşhur istiqamətlər - siyahıda Bakı da var


 

Payız səyahətləri üçün məşhur istiqamətlər - <b style="color:red">siyahıda Bakı da var</b> “RoomGuru.ru” turizm xidməti payız səyahətləri üçün məşhur istiqamətləri açıqlayıb.
 

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, reytinq cədvəli sentyabrın 1-dən oktyabrın 31-dək qabaqcadan mehmanxana və mənzil kirayələmə axtarışına dair məlumatlara əsasən tərtib edilib.
 
Rusiyalı turistlər arasında payız səyahətləri üçün ən populyar şəhərlər sırasına Praqa, İstanbul, Minsk, Bakı, Roma, Barselona, Berlin, Varşava, Tallinn və Paris daxildir. Azərbaycanın paytaxtına üç günlük payız səfərləri üstünlük təşkil edir. Səfərlər üçün büdcəyə uyğunluq baxımından ən sərfəli şəhərlər Minsk və Varşavadır.
 
Mövsümdə 10 ən populyar xarici kurort ölkəsi siyahısına isə Yunanıstan, Kipr, Türkiyə, İspaniya, İtaliya, Çexiya, Tailand, Bolqarıstan, Monteneqro və Xorvatiya daxildir. Büdcəyə uyğunluq baxımından ən sərfəli ölkə Bolqarıstan, ən bahalı ölkə İtaliyadır.
 





09.09.2016    çap et  çap et